Xidmətlərimiz

Sizə “kağız” işinizi rəqəmsallaşdırmaqda köməkçi olaraq məlumat toplamaq və onu təhlil etmək
üçün şəffaf və asan sistem təmin edəcək xüsusi və platforma əsaslı həllər təklif edirik.

SƏTƏM

sağlamlıq, təhlükəsizlik
və əməyin mühafizəsi

Sizə sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması proqramlarının tələblərinin sürətli və etibarlı şəkildə həyata keçirilməsini və onların hərtərəfli monitorinq və təhlilini təmin edən proqram təminatı təqdim edirik.

 

  • Standartların effektiv şəkildə yerinə yetirilməsini təmin edin
  • Vaxt və insan resurslarına qənaət edərək işinizi optimallaşdırın
  • Potensial riskləri və təhlükəsizlik təhdidlərini aşkar edib aradan qaldırın
  • Hesabat və sənədləşmə işlərinə daha az, sahədə təhlükəsizliyin təmin olunması məsələlərinin idarəsinə isə daha çox vaxt ayırın

Xidmətlərimiz inşaat, qonaqpərvərlik, neft və qaz nəqli, pərakəndə satış digər müxtəlif sahələrdə istifadə edilə bilər.

SafetySide

Təhlükəsizliyin müşahidəsi və hadisələrin idarə edilməsi sistemi
Bu proqram bir və ya bir neçə sahələrdə əməliyyatlarların müşahidə məlumatlarının toplanması və idarə olunması üçün çevik veb əsaslı alətdir.
Təhlükəsizlik menecerlərinə işçilərin iş keyfiyyətini artırmaq, riskli davranışları müəyyənləşdirmək, iş yerindəki hadisə və qəzaları azaltmaq və nəticələri müəssisə daxilində bölüşmək imkanı verir.

Olduğunuz yerdən müşahidə edin

Müəssisə daxilində təhlükəsizlik
qaydalarının yerinə yetirilməsini real vaxt formatında izləyin.
Hadisə, qəza və qüsurları rahat şəkildə həm masaüstü, həm də
mobil cihazlardan izləyərək qeyd edin.

İş səmərəliyini qiymətləndirin

Təşkilat daxilində profilaktik tədbirləri təqib edin. Diqqətdən kənarda qala biləcək məlumat sahələri arasındakı tendensiya və xırda əlaqələri aşkarlayın.

Hesabatlar
hazırlayın

İstənilən yerdən qısa zaman ərzində sizə uyğun olan formatda pozuntu haqda hesabat yaradın.

e-Audit

Təşkilat daxilində təhlükəsizlik və keyfiyyət standartlarını yüksəltmək və bu standartlara uyğunluğun şəffaflığını təmin etmək üçün mobil və veb əsaslı tətbiq

İstifadədə asan olan “çeklist” proqramı təminatı sahəsində məlumatlar toplayın, əməliyyatları standartlaşdırın, hesabatlar göndərin, təkminləşmə tələb edən sahələri müəyyənləşdirin və problemləri həll edin. Komandanızı hər kəsin sayılan dəqiqələrdə öyrənə biləcəyi təhlükəsizlik qaydalarının yoxlaması vəmüşahidəsi üçün tətbiq ilə təchiz edin ki, olduğunuz yerdən asılı olmayaraq işinizə qayıda biləsiniz.

Öz “çeklist”inizi
yaradın

Kağız sənədlərinizi rəqəmsallaşdıraraq onların istifadəsini asanlaşdırın. Sizə uyğun olan audit sahələrini, yer, tarix və zamanı seçərək öz məntiqinizi qurun.

İstənilən yerdən yoxlamalar aparın

  • Müasir proqram sistemindən istifadə edərək yoxlama prosesinizi sadələşdirin
  • Standart yoxlamalar və auditlərlə bağlı məlumatları elektron formatda əldə edin
  • Müşahidələrinizi asanlıqla təsvir edin, dəlil kimi fotoları əlavə edin

Kağız hesabatlardan imtina edin

Komandanızın işini rəqəmləşdıraraq kağız “çeklist”lərin istifadəsinin qarşısını alın. Cari kağız “çeklist”lərinizi və ya Excel  cədvəllərinizi bir neçə dəqiqədə ağıllı yoxlama formalarına çevirin.

Hesabatları və nəticələri izləyin

“Ağıllı” hesabatları və real vaxt məlumatları ilə audit nəticələrini və tədbirin statusları haqqında məlumat əldə edin.

e-Audit

  • Yoxlamalar aparın
  • Hesabatlar yaradın
  • Profilaktik tədbirləri izləyin

e-Maintenance

Avadanlıqların elektron texniki dəstək sistemi

Avadanlıqlar haqqında daha ətraflı məlumat almaq və onların planlı qabaqlayıcı təmir işlərini görmək üçün proqram təminatıdır. İstifadəsi asan olan proqram yoxlamalar, avadanlıqlara texniki baxış zamanı vaxta və digər resurslara qənaət etmək imkanı verir. Bir düyməni basmaqla:
  • Məhsuldarlığı artırın
  • Resursları effektiv şəkildə bölüşdürün
  • Xərcləri, avadanlıqların işindəki fasilələri və nasazlıqları azaldın
  • Təhlükəsizlik və risk idarəetməsinə nəzarət edin
  • Detallı hesabatlar vasitəsiylə təsviri görünüşü artırın
  • Normativ tələblərə uyğunluğu təmin edin

Məlumatları asan şəkildə qeyd edin

Avadanlıq məlumatlarının daxil edilməsini avtomatlaşdıraraq mexaniki səhvlərin aradan qaldırılmasını, məlumatların şəffaflıq və təhlükəsizliyini təmin edin.

Bütün məlumatları bir kliklə əldə edin

Problemlərin vaxtında müəyyənləşdirmək və onların həll yollarını planlaşdırılmaq üçün bir kliklə avadanlıqların ümumi vəziyyəti, texniki xüsusiyyətləri, təmir tarixi barədə bütün məlumatları əldə edin.

 

QR kodlarla daha sürətli olun

Hər avadanlıq üçün ayrılmış fərdi QR kodu skan edin və avadanlıqlara texniki baxış tarixçəsi və planlı təmir barədə lazım olan bütün məlumatları mobil telefonunuzda əldə edin.

Planlaşdırın və nəzarət edin

İşin gedişatına nəzarət edin, tapşırıqları planlaşdırın, çeklistlər yaradın, təmir tarixçələrini qeyd edin, rezerv və stoku idarə edin.

HESABATLAR YARADIN, ANALİZ EDİN

Hesabatlar yaradın, nəticələri təhlil edin, avadanlıqların səmərəliliyini və sərmayə qazancını müqayisə edin.

e-Medical

Tibbi təcrübələrin idarə edilməsi, kliniki nəticələrin optimallaşdırılması və gəlirin idarə olunması üçün veb əsaslı həll

Bu proqram təminatı tibb müəssisələrində müxtəlif prosesləri vahid idarəetmə sisteminə daxil edərək təşkil və idarə etməyə kömək edir. e-Medical pasientlərə qayğı səviyyəsini yüksəldir və tibb müəssisəsinin idarə olunmasını asanlaşdırır. Elektron formalar və qaynar düymələr sistemin fərdiləşdirmə imkanlarını genişləndirir, zəruri olmayan işlərin sayını azaldır. Bütün vacib maliyyə materiallarının, pasientlərin məlumatlarının və digər məlumatların təhlükəsizliyi və bütövlüyü mütəmadi “off-site backups”larla qorunur.Proqram müxtəlif istifadəçilərin tələblərini nəzərə alınmaqla onların işi üçün fərdiləşdirilə və müəssisənin avadanlıqları ilə inteqrasiya edilə bilər.

“Ağıllı” qeydiyyatdan yararlanın

“Ağıllı” qeydiyyat sisteminin köməyi ilə pasiyent məlumatlarının qəbulu və işlənməsi prosesi daha da asan və dəqiq olacaq.
İstifadəsi asan olan proqram, pasientin sağlamlıq vəziyyəti, göstəriş tarixçəsi və müalicə ilə əlaqəli digər məlumatlara sürətli giriş təmin edərək onun bütün məlumatlarını tam məxfiliyi qoruyaraq yadda saxlayır.

Anbara
nəzarət edin

Anbar məlumatlarınıza tam nəzarət edin. Tibbi ləvazimatların alınması, paylanması və istifadədən çıxarılması üçün şəffaf bir sistem əldə edin, dərmanların saxlanma müddətini izləyin, qiymətlər üçün fərdi formullar qurun.

Maliyyə şəffaflığını
təmin edin

Bir kliklə:
  •  Xidmətlərin sabit qiymət siyahısını yaradın və ona nəzarət edin
  • İstənilən vaxt çərçivəsi üçün pasientlərin və həkimlərin iş statistikasını yaradın
  • Şəffaf əmək haqqı sistemi qurmaq üçün fərdi formulları yaradın
  • Hesabatlar yaradın, büdcələr formalaşdırın, təhlil edin, xərcləri və gəlirləri izləyin.

İnteqrasiya edin və rəqəmsallaşdırın

Analız və müayinələrin cavablarını alarkən mexaniki səhvləri və insan amillərini aradan qaldırın. Tibbi avadanlıqların proqramımızla tam inteqrasiyası tədqiqat nəticələrinin birbaşa vahid məlumat bazasına gecikmə və səhvlərdən qoruyaraq sürətli və etibarlı ötürür.